Müasir
qiymətləndirmə siyasəti
2009-cu il 13 yanvar tarixində Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən Az. Resp.-nın ümumi təhsil sistemində
təhsil konsepsiyası təsdiq olunmuşdur.
Qiymətləndirmə - uşaq haqqında hərtərəfli tam kompleks informasiyanın toplanması
prosesidir. Təhsildə qiymətləndirmə təhsil prosesinin nailiyyətlərin müəyyən
olumuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv , etibarlı vasitəylə ölçülməsidir.
1.
Ənənəvi
qiymətləndirmədə qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu,
şagird yalnız qiymət almaq xətrinə oxuyurdu.
Müasir qiymətləndirmədə qiymətləndirmə təhsilin
keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarə edən vacib amil kimi meydana
çıxır.
2.
Cari
qiymətləndirmə formalizmə gətirib çıxarırdı. Müəllimim subyektiv rəyinə
əsaslanırdı. Cari qiymətləndirmənin aradan qaldırılması məzmun standartlarının
bütövlükdə mənimsənilməsinin və qiymətləndirmənin obyektivliyini təmin edir.
3.
Ənənəvi
qiymətləndirmə tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilirdi.
Müasir qiymətləndirmə tədris prosesinin bütün mərhələlərində tətbiq edilir.
4.
Ənənəvidə
əsasən bilik səviyyəsi qiymətləndirilirdi . Müasir qiymətləndirmədə şagirdin
nailiyyəti (qazanılan dəyərlər) qiymətləndirilir, inkişafı sistemli şəkildə
izlənilir.
5.
Ənənəvidə
qiymətləndirmə standartları mövcud deyildi. Müasir qiymətləndirmədə məzmun
standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə
standartları müəyyənləşdirilmişdir.
3 cür qiymətləndirmə mövcuddur:
Beynəlxalq, Milli, Məktəbdaxili
Məktəbdaxili qiymətləndirmə
Diaqnostik-Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdin ilkin bilik və
bacarıq səviyyəsinin qiymətləndirilməsi şəraitə görə təlim məqsədləri və
strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan yaradır. Şagirdin maraq
dairəsi , dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir.
Qiymətləndirməni həyata keçirmək üçün müxtəlif üsul və vasitələrdən istifadə
olunur. Qiymətləndirmə üsulu dedikdə bu
prosesin hansı formada həyata keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə
vasitəsi isə bu prosesdə istifadə olunan alətdir.
Bilik və
bacarıqları yoxlamaq üçün testləşdirmə qiymətləndirmə üsuludursa, test
tapşırıqları qiymətləndirmə vasitəsidir.
Qiymət rəqəmlə, sözlə, simvolla yazıla
bilər.
Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul və
vasitələr:
Müsahibə; üsul
Söhbət; vasitə
Müşahidə; üsul
Tapşırıqlar; vasitə
Validiynlərlə və digər fənn müəllimləri ilə
əməkdaşlıq; üsul
Qiymətləndirmə cədvəli
|
Qiymətləndirmənin
növləri
|
Tədris ilində nə zaman
aparılır və harada qeyd edilir
|
Üsullar
|
Vasitələr
|
|
Diaqnostik
|
Ilin əvvəlində ,
ortasında, axırında(şəxsi dəftər)
|
Müşahidə
Müsahibə
Tapşırıqvermə
Validenlə əlaqə
|
Meyarlar cəd.
Sorğu vərəqi
Çalışma
Söhbət
|
|
Formativ
|
Hər ay və bolmədə (mək.
Kitab., partfolio )
|
Özünü qiymətlən
Testlər
Şifahi və yazılı təqdim
|
Sorğu vərəqi
Şifahi bacarıqlar üçün
qeyd vər.
Test tapş.
Meyar cədvəli
|
|
Summativ
|
Bölmənin sonu(k)
Yarımilin sonu(b)
|
Test
|
Test tapşırıqları
|
Formativ qiymətləndirmə
Təlim prosesinin hər hansı mərhələsi üçün müəyyən
olunmuş nəticələr əsasında şagirdin bilik və bacarıqlarının formalaşma
səviyyəsinin qiymətləndirilməsidir. Formativ qiymətləndirmə müəyyən olumuş
sxemlər üzrə aparılır. Tədris prosesinin düzgün istiqamətləndirilməsini və
səmərəliliyini təmin edir. Şagirdin təlim ehtiyaclarının ödənilməsinə imkan
yaradır. Şagirdin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir.
Formativ qiymətləndirmədə metod və vasitələr
Müşahidə
Şagirdin şifahi cavabları
Şagirdin yazı işlərinin təhlili
Test tapşırıqlarının nəticələri
Ev tapşırığı
Formativ qiymətləndirmədə rubrik sxemləri
Rubruklər şagirdin fəaliyyətini müəyyən meyarlara
əsasən qiymətləndirmə şkalasıdır. Rubriklər qiymətləndirmə zamanı şagirddən
nəyin tələb olunacağını göstərir. Rubriklər nailiyyət səviyəsini sözlə təsvir
edir və 2 əsas suala cavab verir:
1.
Nə
qiymətləndirilir
2.
Nailiyyət
səviyyələri necə ifadə olunur
Rubriklər 2 cür olur:
Holstik qiymətləndirmə (sürətli qiymətləndirmə)
Analitik rubrik (uzun müddət üçün)
Qiymətləndirmə sxemlərinin funksiyaları
Şagirddən tələb olunan bacarıqları və onların
qiymətləndirilməsi mexanizmini təsvir edir. Şagird irəliləyişlərinin
qiymətləndirilməsi üçün etibarlı məlumat bazası rolunu oynayır.
Təlimnailiyyətləri barədə şagirdlərə, valideynlərə və maraqlı tərəflərə məlumat
verilməsi təmin olunur.
Holstik
qiymətləndirmə
“Holstik” sözü latın
mənşəlidir və ümumi, bütöv, tam deməkdir. Holstik
qiymətləndirmə təlim prosesində məqsədlərə görə müəyyən olunmuş
bacarıqların ayrı-ayrılıqda qiymətləndirilməsi yolu ilə şagirdin inkişaf
səviyyəsinin qısa müddətdə ümumi şəkildə dəyərləndirilməsidir. Qısa müddət
ərzində həyata keçirildiyi üçün bu qiymətləndirmə sürətli qiymətləndirmə
adlanır.
|
Qruplar meyarlar
|
1
|
2
|
3
|
4
|
5
|
|
|
Müşahidəetmə
Fikri dəqiq ifadə etmə
Mətnqurma
Sözlərdən nitqində
istifadə etmə
Əməkdaşlıq
|
|
|
|
|
|
Analitik qiymətləndirmə
Analitik qiymətləndirmə
şagirdlər üçün nəzərdə tutulan konkret acarıqların müəyyən olunmuş uzun müddət
ərzində ardıcıl izlənilməsi qiymətləndirməsidir.
1. Analitik qiymətləndirmə əsasən sorğular və testlər
əsasında aparılır.
2. Şagirdlərin ayrı-ayrılıqda fəaliyyət sahələri üzrə
qiymətləndirilməsini müəyyənləşdirir.
3. Qiymətləndirmədə əsasən 4-5 ballıq şkaladan
istifadə olunur
4. Bu zaman şagirdin fəaliyyəti ardıcıl
qiymətləndirilməkləonların nailiyyəti haqqında daha ətraflı informasiya
verilir.
5. Bu qiymətləndirmədə çox vaxt tələb olunur.
Oxu bacarığının qiymətləndirilməsi üzrə analitik
qiymətləndirmə cədvəli
|
Aylar fənn
|
ANA DİLİ
|
||
|
oktyabr
|
noyabr
|
dekabr
|
|
|
Göstəricilər
|
Şagirdlərin sayı
|
||
|
əla
|
|
|
|
|
yaxşı
|
|
|
|
|
orta
|
|
|
|
|
Zəif
|
|
|
|
Şagirdin şəxsi qiymətləndirməsinin keyfiyyət üsulu
1. Yazı və yoxlama işlərində konstruktiv qeydlər.
2. Portfolio sistemi
3. Verbal
4. Qarşılıqlı qiymərləndirmə
5. Özünü qiymətləndirmə
6. Reytinqin çıxarılması
7. Rənglərlə qiymətləndirmə
8. Şəkillərlə qiymətləndirmə
9. Emosional münasibətlər yolu ilə qiymətləndirmə
10.
Meyar cədvəli
Summativ
qiymətləndirmə
Təhsilin hər hansı bir mərhələsində şagirdin əldə
etdikləri nailiyyətlərin qiymətidir. Summativ qiymətləndirmə məzmun
standartının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir.
Summativ qiymətləndirmə
Məzmun standartı Yarımil Summativ qiymətləndirmə
İl
Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr
Şifahi təqdimat
Testlər
Nailiyyətlərin nümayişi
Qiymətləndirmə standartları
Təhsilin müəyyən mərhələsində şagirdin nailiyyət
səviyyəsinə qoyulan dövlət tələbidir. Təhsilinhər hansı bir mərhələsində
müəyyən plunmuş səviyyə üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqların
kəmiyyət (ballarla) və keyfiyyət göstəricisidir. Məzmun standartlarının reallaşma
səviyyəsini şagirdin inkişafındakı dəyişmələri müəyyən edir.
Qiymətləndirmə standartlarının komponentləri
Fəaliyyətin göstəriciləri
Qiymətləndirmə standartları 4 səviyyədə müəyyən
olunur:
1-aşağı
2
3
4-əla
Qiymətləndirmə vasitələri hazırlanarkən aşağıdakılar nəzərə alınır:
1-ci səviyyə suallar-20%
2-ci səviyyə suallar-30%
3-cü səviyyə suallar-30%
4-cü səviyyə suallar-20%
Qiymətləndirmə qaydaları
Summativ qiymətləndirmə böyük və kiçik
qiymətləndirmədən ibarətdir. K.S.Q əhs və bölmələrin sonunda 6 həftədən gec
olmayaraq müəllim tərəfindən, B.S.Q isə yarımilin sonunda aparılır. K.s.q.
vasitələri fənni tədris edən müəllin, b.s.q. vasitələri isə məktəb
rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır. B.s.q.
vasitələri fənnin məzmunundakı zəruri bilikləri əhatə etməklə daha çox tətbiqi
bacarıqları yoxlamağa xidmət edir. Qiymətləndirmə vasitələrində həmin dərs
ilindəki növbəti summativ qiymətləndirmə zamanı istifadəsinə yol verilmir. Bu
vasitələr növbəti dərs illərində istifadə olunmaq məqsədilə məktəbin test
bankına daxil edilir. K.s.q. keçirildiyi gün dərsdə iştirak edən şagirdlərin
sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır. Və onun
surətində qiymət yazılır. Müəllim həmin şagirdlə növbəti 2 həftə ərzində
summativ qiymətləndirmə aparır, nəticəni məxrəcdə yazır. Summativ
qiymətləndirmədə iştirak edən şagirdlər üçün yeni qiymətləndirmə vasitəsi
hazırlanır. B.s.q.-nin nəticəsinə görə ən çoxu 3 fəndən qeyri/kafi qiymət alan
şagirdlər yay tədris tapşırıqları alürlar. B.s.q. aşağıdakı düstur üzrə
hesablanır:
kq(1)+kq(2)+......+kq(n)
40 60
n 100 100
Summativ qiymətləndirmə tapşırıqları 4 nailiyyət
səviyyəsinə uyğun hazırlanır:
Tapşırıqların 10%-nə qədər düz cavab verən
şagirdlər-1
20%-nə düz cavab verən -2
50%-nə düz cavab verən-3
80%-nə üz cavab verən -4
100%-nə düz cavab verən-5 qiymət alır.
Summativ qiymətləndirmə nəticələri 5 ballıq qiymət
şkalası üzrə rəqəmlə ifadə olunur və qiymətlər jurnala yazılır. Validiynlərə
qiymətlərin nəticələri haqqında məlumatlar mək. Kitabçaları vasitəsilə
çatdırılır. BSQ nəticələri və şagird haqqında məktəb psixoloqunun qeydləri
şagirdin şəxsi işində (portfoliosunda) əksini tapır . ilin sonunda şagirdə
verilir.