TƏLİM
ÜSULLARI
Kurikulumda
müəyyənləşdirirlmiş standartlara uyğun bilik və bacarıqların formalaşdırılması
üçün ənənəvi təlim metodları ilə yanaşı aşağıdakı interaktiv üsulların istifadəsi
tövsiyə olunur:
· Beyin həmləsi (əqli hücum),
· BİBÖ;
·
Müzakirə;
·
Venn diaqramı;
·
Klaster;
·
Anlayışın çıxarılması
·
Suallar,
·
Problemli vəziyyət və s.
·
______________ BEYİN HƏMLƏSİ _______________
Bu üsul əqli
hücum da adlandırılır. Şagirdlərdə yeni mövzuya maraq oyatmaq, habelə onların nəyi
yaxşı (və ya pis) bildiklərini aydınlaşdırmaq məqsədilə bu üsuldan istifadə
olunur. Hazırlanmış
sual lövhədə
yazılır, yaxud şifahi şəkildə şagirdlərin diqqətinə çatdırılır. Şagirdlər
suallara əsasən fikirlərini bildirirlər.Bütün ideyalar şərhsiz və müzakirəsiz
yazıya alınır. Yalnız bundan sonra söylənilmiş ideyaların müzakirəsi, şərhi və
təsnifatı başlayır. Aparıcı ideyalar yekunlaşdırılır,
şagirdlər söylənmiş
fikirləri təhlil edir, qiymətləndirir.
_________________ AKVARİUM
___________________
Müəyyən olunmuş
mövzu üzrə birinci qrup diskussiya aparır.15-20 dəqiqədən sonra diskussiya
dayandırılır, “xarici dairənin” iştirakçıları diskussiyanın gedişini qiymətləndirir
və qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam
etdirirlər.
“Akvarium”un
keçirilməsinin 2-ci variantı:
“Daxili dairənin”
iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və birinci
variantdan fərqli olaraq iştirakçılar bu zaman yalnız problemin “lehinə” olan dəlilləri
söyləyirlər.
Digər qrupun
üzvləri xarici dairədə stullarda əyləşirlər,dəlilləri dinləyir, yazıya alır, təhlil
edir, öz əks dəlillərini hazırlayırlar.15-20 dəqiqədən sonra diskussiya
dayandırılır, xarici və daxili dairədən olan şagirdlər öz yerlərini dəyişirlər.
Onlar əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar.
Burada qrupların
vahid fikrə gəlməsi önəmli deyil.
________________ AUKSİON
________________
Müəllim öyrənilən
məsələni müəyyən edərək şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır.
Öyrənilən əşya və ya hadısənin xüsusiyyətləri ardıcıl şəkildə adlandırılır.
Hamı növbə ilə əşya
və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən sonra müəllim sayır.
“Bir, iki”. Bu zaman başqa iştirakçı tez təklif verə bilər. Sonuncu təklif verən
qalib sayılır .Fikirlər birbirini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini
dinləyir.
Nümunə:
Riyaziyyat dərsində
müəllim 7 ədədinin tərkibini keçərkən sinfə “7 ədədini necə aldınız? “ sualını
verməklə auksion keçirir.
Müəllim üçün məlumat
Mümkün olan
cavablar:
1) 6+1=7 4)
5+2=7 2) 4+3=7 5) 3+4=7 3) 2+5=7 6) 1+6=7 7)
1+1+1+1+1+1+1=7
Oyunda axırıncı
mümkün cavabı verən şagird “Auksion”u qazanır.
_______________ ZİQZAQ _______________
Bu üsul mətnin məzmununun
qısa müddət ərzində şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır.
·
Şagirdlər
dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplardakı şagirdlər yenidən nömrələnir.
Hər qrupdakı eyni rəqəmli şagirdlərdən yeni qrup (ekspert qrupu) yaradılır.
·
Öyrəniləcək
mətn qrupların sayı qədər hissələrə bölünür və ekspert qruplarına verilir.
·
Ekspert
qrupları onlara verilən hissəni oxumalı və məzmununu qavramalı və öz əvvəlki
qrupuna qayıdaraq öyrəndiyi hissəni onlara danışmalıdır.
·
Müəllim
informasiyanın dəqiq verildiyinə əmin olmaq üçün suallar verə bilər.
______________ MÜHAZİRƏ ________________
Mühazirə məlumatın
müəllimdən şagirdə ötürülmə üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi,
tamamlanması məqsədilə istifadə etmək məqsədəuyğundur. Belə qısa mühazirələr
10-15 dəqiqə ərzində aparılır.
Mühazirə ilə
bağlı aşağıdakı məsələlərə nəzər yetirmək məqsədə müvafiqdir:
·
Mühazirənin
məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək,
·
Plan
tərtib etmək və onu şagirdlərə paylamaq (və ya lövhədə yazmaq).
·
Əyani
və texniki vasitələrdən istifadə etmək.
·
Müəllim
mühazirə prosesini verbal (suallar vermək) və vizual (şagirdlərin sifətlərinin
ifadəsini və jestlərini müşahidə etmək) tənzimləməlidir.
_______________ KARUSEL _______________
Dərsdən əvvəl
iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Müəllim qruplara müxtəlif
sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır.
Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür.
“Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axırda öz qrupuna
qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif
cavabları müzakirə edir.
_____________ KLASTER (şaxələndirmə) _____________
Müəllim tərəfndən
lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində yazılmış anlayış
ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə tapşırılır. Mərkəzdə yazılmış
anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli sözlər xətlərlə birləşdirilir.
Vaxt bitənə qədər mümkün qədər çox fikir yazmaq və onları əlaqələndirmək tövsiyə
olunur.Vaxt bitəndən sonra alınan klaster müzakirə edilir və ümumiləşdirmə aparılır.
______________ SUALLAR _______________
Suallar dərs
prosesində tədqiqatların səmərəli qurulmasını stimullaşdırır. Şagirdlərin idrak
fəallığının artırılmasında böyük rol oynayır.
Sualların
sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu tənqidi təfəkkürün
inkişafına doğru yönəldilməli, məntiqi ardıcıllıq gözlənilməli, məzmunlu və
mövzu ilə bilavasitə əlaqəli olmalıdır.
______ BİBÖ – Bilirəm/İstəyirəm
bilim/Öyrəndim _______
BİBÖ aşağıdakı mərhələlər
üzrə aparılır:
·
Problem
müəllim tərəfindən elan edilir.
·
Müəllim
lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: – Bilirəm/İstəyirəm
bilim/Öyrəndim
·
Şagirdlər
problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda qeyd olunur.
·
Həmin
məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır.
·
Dərsin
sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı öyrəndikləri
üçüncü sütunda qeyd edilir.
·
______________ ROLLU OYUN
________________
Rollu oyunlar hər
hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı tələb edir. Bu üsul
şagirdlərə hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə başqalarının gözu
ilə baxmaq imkanı verir.
__________ ANLAYIŞIN ÇIXARILMASI
___________
Bu üsul oyun-
tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq yaradır.Müəllim lövhədə
dairəvi kart asır, onun arxasında şagirdlərdən tələb olunan anlayışı yazır.
Kartın yazı olmayan tərəfini şagirdlərə göstərir və gizlədilmiş anlayışların
xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayır və ya yazır. Şagirdlər həmin
xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar. Əgər şagirdlər
anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq yeni xüsusiyyətlər
sadalayır.
Şagirdlər öz fərziyyələrini
dedikdən sonra müəllim bu tapmacananın tapilib-tapilmamsını hamıya çatdırır və
kartoçkalarda yazılan sözləri açıqlayır.
______________ MÜZAKİRƏ ________________
Müzakirə mövzu ətrafında
ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir. Onun
əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul
etmək üçün imkan yaratmaqdır.
Müzakirə dinləmək,
təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi və tənqidi
təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir.
Müzakirə apararkən
əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır. Mövzu aydın şəkildə ifadə
olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin
cavablarını nəzərdən
keçirməklə müəllim
müzakirəni tənzimləyir. Bu zaman cavabı “Bəli” və ya “xeyr” olan qapalı suallar
vermək məqsədəuyğun hesab edilmir.
__________ “ QƏRARLAR AĞACI “ _____________
Bu üsul qərarların
qəbul edilməsi zamanı alternativ yolları araşdırmaq və təhlil etmək məqsədi
daşıyır.
Müzakirə
olunacaq problem müəllim tərəfindən izah edilir və onun həlli yollarının bir
neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilir. 4-6 nəfərdən ibarət
qruplarda şagirdlər problemin həlli yollarının üstünlüklərini və
çatışmazlıqlarını təhlil edir, onları “+”, və ya “-” işarəsinin qarşısında
müvafiq qaydada qeyd edirlər. Son nəticə cədvəlin qərar hissəsində yazılır və
üstü örtülür. Bütün qrupların təqdimatından sonra müəllim əldə olunmuş nəticələri
ümumiləşdirmək üçün müzakirə aparır.
___________ SÖZ ASSOSİASİYALARI ___________
Bu üsuldan
istifadə edilərkən öyrəniləcək mövzuya aid əsas söz (və ya söz birləşməsi) lövhəyə
yazılır. Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri söyləyir və
həmin fikirlər müəllim tərəfindən lövhəyə yazılır.Mövzu ilə bağlı olan sözlər
deyilən fikirlərin arasından seçilir və əlaqələndirilir, onlardan anlayış və
yaxud ideya çıxarılır.Bu anlayış əsasında yeni materialın öyrənilməsinə
başlanır. Bu üsul həm də şifahi formada tətbiq edilə bilər.
________ PROBLEMLİ VƏZİYYƏT __________
Bu üsul tənqidi
təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirir.
Müəllim əvvəlcədən
problemi və müzakirə üçün sualları hazırlayır.
Şagirdlər 4-5 nəfərlik
qruplara bölünür. Problemli vəziyyət əks olunmuş iş vərəqləri uşaqlara
paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli
yolunu göstərir.
Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır.
Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır.
_____________ VENN DİAQRAMI _______________
Əşya və ya hadisələri
müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün bu
üsuldan istifadə olunur.
Venn
diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır.
–Müqayisə
olunacaq əşya və hadisələr müəyyənləşdirilir
–Kəsişən dairələr
çəkilir (ortada yazmaq üçün yer saxlanır)
–I və III dairədə
müqayisə olunacaq obyektlər qeyd olunur
–Şagirdlər təlimatlandırılır
(təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin
necə qeyd olunacağı barədə danışılır).
–Müqayisə olunan
obyektlər təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə
dairəsində qeyd olunur).
–Müqayisə nəticəsində
fikirlər ümumiləşdirilir.
________ LAYİHƏLƏRİN HAZIRLANMASI
________
·
Layihələrin
hazırlanması müxtəlıf mövzuların müstəqil şəkildə tədqiq edilməsidir. Şagirdlər
öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun üzərində işləyirlər.
Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə
bacarıqlarının formalaşmasında mühüm rol oynayır, onlara müstəqil şəkildə öz fəaliyyət
proqramlarını qurmağa, habelə öz vaxtını və işini qrafik üzrə planlaşdırmağa
kömək edir.Bu üsul həmçinin şagirdlərin bir-biri ilə, eləcə də məktəbdən kənarda
müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır, hadisələrin hər
hansı bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə
etməyə istiqamətləndirir.
·
Layihələr
hazırlayarkən müəllim mövzu və ya problemi müəyyən edir və sinfə bunlardan
birini seşmək imkanı verir. Problem həmçinin sinif tərəfindən “əqli hücum ”
üsulu ilə seçilə bilər.
·
Problem
konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin başlama və
başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri (ədəbiyyatlar, mənbələr,
təsviri vasitələr və s.) bunları əldə etmək yollarını, iş formalarını (fərdi
yoxsa, qrup şəklində) müəyyən edirlər.
·
İş
prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər. İşin icrasına
isə şagirdlər özü cavabdehdir.
·
Tədqiqatın
nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər cədvəllər, qrafiklər,
formasında ifadə oluna bilər.
_____ SORĞU VƏRƏQLƏRİ VƏ MÜSAHİBƏ ______
Bu üsullar
araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəyyən qrupların
ictimai rəyini öyrənmək məqsədilə aparılır.
·
Sorğu
vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada suallar qoyulur.
Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldurur.
·
Müsahibə
isə araşdırılan məsələ ilə bağlı məlumat almaq üçün aparılır.
·
Bu
üsullardan istifadə edərkən aşağıdakı mərhələlərin gözlənilməsi məqsədəmüvafiq
hesab edilir:
·
Problemi
müəyyən etmək
·
İşi
təşkil etmək (Sorğu və ya müsahibə keçirmək üçün suallar hazırlamaq)
·
Məlumatları
toplamaq ( Sualların cavablarını toplamaq).
·
Əldə
edilmiş məlumatları təhlil etmək və ümumiləşdirmək